...

Bakı metrosunda yeni qatarlar xəttə buraxılır (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 8 İyun 2015 16:29 (UTC +04:00)
Bu gün yeni qatarların Bakı Metropolitenində tam istifadəyə verilməsi ilə bağlı yekun qərar veriləcək.
Bakı metrosunda yeni qatarlar xəttə buraxılır (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir İlkin İzzət/

Bu gün yeni qatarların Bakı Metropolitenində tam istifadəyə verilməsi ilə bağlı yekun qərar veriləcək. Bunu Trend-ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Şöbə rəisinin sözlərinə görə, yeni qatarların bir neçə gündür xətlərə buraxılmasına baxmayaraq, onlar sınaq mərhələsində olduğu üçün digər qatarlara nisbətən tam rejimlə istifadə edilmir: "Əgər müsbət rəy verilsə, qatarlar elə bu gündən etibarən xəttə tam gücü ilə buraxılacaq. Yeni qatarların köhnələrdən üstünlüyü ondadır ki, onlarda kondisioner var".

XXX

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi N.Paşayev deyib ki, bu gün Bakı Metropolitenin sifarişi ilə alınmış yeni qatarlarla bağlı son qərar qəbul edilib. Qərara əsasən, yeni qatarların hər üçü barəsində sınaq mərhələsindən müsbət keçməsinə dair müsbət rəy verildiyinə görə onlar iyunun 9-dan etibarən tam gücü ilə xətlərə buraxılacaq.

Qeyd edək, Bakı Metropoliteninin sifarişi ilə Fransanın "Alstom" şirkətinin istehsalı olan 3 yeni qatar aprel ayında Bakıya gətirilib. Ötən həftə isə sınaq üçün xətlərə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti