...

Azərbaycanda ilk dəfə xərçəng prostat vəz laporoskopik yolla çıxarıldı

Cəmiyyət Materials 10 İyun 2015 10:44 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq, Azərbaycan Tibb Universitetində prostat vəz laporoskopik yolla çıxarıldı.
Azərbaycanda ilk dəfə xərçəng prostat vəz laporoskopik yolla çıxarıldı

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda ilk dəfə olaraq, Azərbaycan Tibb Universitetində prostat vəz laporoskopik yolla çıxarıldı.

Universitetin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATU-nun Tədris Cərrahiyyə klinikasında icra edilən laporoskopik radikal prostatektomiya əməliyyatında ATU-nun onkologiya kafedrasının assistenti, uzman-onkouroloq Vasif İsmayılla yanaşı, Türkiyənin məşhur uroloqu Yaşar Özgük, Almaniyada yerləşən Haydinbörq Klinikasının urologiya şöbəsinin şef yardımçısı Əli Sərdar Gözen də iştirak edib.

V.İsmayıl bildirib ki, iki saat yarım davam edən əməliyyatın nəticəsi uğurlu olub: "Bizə 70 yaşlı xəstə müraciət etmişdi. Onda müayinələr nəticəsində prostat vəzin xərçəngi aşkarlandı. Bu, dünyada kişilərin ölümünə səbəb olan əsas xəstəliklərdən biridir. Ancaq prostat vəzin xərçəngi vaxtında aşkarlanaraq düzgün müalicə olunarsa, xəstəni tamamilə sağaltmaq mümkündür".

Uroloq Vasif İsmayıl qeyd edir ki, ATU-nun Tədris Cərrahiyyə klinikasına müraciət edən bu xəstədə prostat vəzin tamamilə çıxarılması əməliyyatı - radikal prostatektomiya əməliyyatı aparılmalı idi: "Radikal prostatektomiyanı həm klassik, açıq əməliyyatla, yəni köhnə metodla aparmaq mümkündür, həm də laporoskopik, robot yardımı ilə etmək olar. Biz isə laporoskopik radikal prostatektomiyaya qərar verdik. Bu əməliyyat bütün laporoskopik əməliyyatların ən çətini və əziyyətlisi sayılır".

V.İsmayıl qeyd edir ki, əməliyyat olunan xəstənin vəziyyəti hazırda normaldır.

Həkim bu əməliyyatın icrasını təkcə ATU üçün deyil, ümumiyyətlə Azərbaycan tibb elmi üçün əlamətdar bir hadisə sayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti