Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:44-də yayılıb)
Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlkin İzzət/
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qоşunlarının Kоmandanı gеnеral-pоlkоvnik Еlçin Quliyеv "Sərhədçi" İdman Olimpiya Mərkəzinin üzvü olub Bakı-2015 birinci Avropa Oyunlarında iştirak etmiş məşqçi və idmançıları mükafatlandırıb.
Trend xəbər verir ki, DSX rəisi tədbirdə iştirak edənlərin bəzilərini vaxtından əvvəl növbəti hərbi rütbələr, digərlərini isə medalla təltif edib.
Onlardan Firdovsi Umudov (sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi) polkovnik-leytenant, Nicat Şıxəlizadə (cüdoçu) baş leytenant, Natalya Rəcəbli (paraüzgüçü) baş leytenant, Rəsul Çunayev (güləşçimiz), İlqar Müşkiyev (cüdoçu) leytenant, Babək Əliyev (uşu-sanda) leytenant, Fəridə Əbiyeva (karate) kiçik-leytenant rütbəsi, Vasif Səfərbəyov (samboçu), Leyla Cavadova (boksçu) və Alla Petrovna (bədii gimnast) isə medalla təltif ediliblər.