...

Bu yol Nəqliyyat Nazirliyi və "Azəryolservis" rəhbərliyinin nəzarəti altında təmir edilir (FOTO)

Cəmiyyət Materials 14 İyul 2015 15:51 (UTC +04:00)
Bakının Yasamal rayonundakı Əhməd Cəmil küçəsi təmir olunur.
Bu yol Nəqliyyat Nazirliyi və "Azəryolservis" rəhbərliyinin nəzarəti altında təmir edilir (FOTO)

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İlkin İzzət/

Bakının Yasamal rayonundakı Əhməd Cəmil küçəsi təmir olunur.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxan Yasamal rayonu, Əhməd Cəmil küçəsində də təmir-tikinti işlərinə başlanılıb.

Bəxtiyar Vahabzadə, Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında yerləşən yolun ümumi uzunluğu 1200, ortalama eni isə 12 metrdir. Artıq küçədə yeni asfalt-beton örtüyünün döşənməsi üçün yolun hərəkət hissəsi hazır vəziyyətə gətirilir, köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq ərazidən daşınır. Ümumilikdə küçənin 14 500 kv.m sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi planlaşdırılır.

Bundan başqa, Əhməd Cəmil küçəsində köhnə səki daşlarının sökülməsi işləri də aparılır. Söküntü işləri başa çatandan sonra bura təqribən 2500 paqon-metr yeni səki daşı düzüləcək. Təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yerləşdiriləcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları dəyişdiriləcək.

Təmir-tikinti işləri Nəqliyyat Nazirliyi və "Azəryolservis" ASC rəhbərliyinin nəzarəti altındadır. Aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazimı sayda canlı qüvvə və texnika cəlb olunub.

Təmir işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə "Azəryolservis" ASC üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti