...

Qaradağ rayonunda iftar süfrəsi açıldı (FOTO)

Cəmiyyət Materials 15 İyul 2015 11:25 (UTC +04:00)
Müqəddəs Ramazan ayı münasibətilə Qaradağ rayonunda iftar süfrəsi açıldı.
Qaradağ rayonunda iftar süfrəsi açıldı (FOTO)

Azərbaycan, Bakı, 15 iyul /Trend/

İyulun 14-də Qaradağ rayonu, Lökbatan qəsəbə məscidinin həyətində Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən iftar süfrəsi açıldı. İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, dindarların, şəhid ailələrinin, kimsəsizlərin, habelə rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi məclisi Lökbatan qəsəbə məscidinin axundu Hacı Faiq açaraq Müqəddəs Ramazan ayı haqqında məclis üzvlərinə məlumatlar verib, dualar oxuyub və dindarlar adından tədbiri təşkil edən rayon rəhbərliyinə təşəkkürünü bildirib.

İftar mərasimində Müqəddəs Ramazan ayının əhəmiyyətindən danışılaraq, milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq və duaların qəbul olunması arzulanıb.

Sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi Munis Bayramov çıxış edərək rayon sakinlərini Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov adından Müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edərək, tutduqları orucun Allah dərgahında qəbul olunmasını arzu edib.

Ölkəmizdə dövlət səviyyəsində milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan geniş danışaraq məscidlərin, pirlərin, ziyarətgahların təmirinə və yenidən qurulmasına xüsusi əhəmiyyət verildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmizin dini tolerantlıq baxımından bütün dünyaya nümunə olduğunu vurğulayıb.

Bundan başqa, Müqəddəs Ramazan ayı boyunca rayonun digər qəsəbələrində də iftar süfrələri açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti