...

Hacıqabul-Kürdəmir yolunda işlərin 89 faizi yekunlaşıb

Cəmiyyət Materials 7 Avqust 2015 16:48 (UTC +04:00)
Hacıqabul-Kürdəmir yolunda işlərin 89 faizi yekunlaşıb.
Hacıqabul-Kürdəmir yolunda işlərin 89 faizi yekunlaşıb

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Hacıqabul-Kürdəmir yolunda işlərin 89 faizi yekunlaşıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Hacıqabul-Kürdəmir avtomobil yoluna 2 zolaq əlavə edilməklə yolun I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsi çərçivəsində son tamamlanma işləri həyata keçirilir. Bakı-Qazax-Gürcüstan sərhədi yolunun tərkib hissəsi olan layihə mövcud 120-ci km-dən başlayıb 200-ci km-də başa çatır.

Ümumi uzunluğu 80 km olan yeni yolda torpaq yatağının eni 27.5 metr, 2 zolaq əlavə edilməklə hərəkət zolağının sayı 4, hərəkət zolağının eni isə 3.75 metrdir. Yol örtüyü polimer asfalt-betondur. Yeni yolda asfalt-beton örtüyünün döşənməsi işləri də bitmək üzrədir.

Artıq layihə üzrə yeni yolda 160-a yaxın müxtəlif diametrli suötürücü borunun və 15 alt keçidin tikintisi işləri artıq yekunlaşıb. Mövcud 2 hərəkət zolaqlı avtomobil yoluna paralel tikilən yeni 2 hərəkət zolaqlı yolda 5 ədəd yol qovşağı və Girdiman çayı üzərində körpünün də tikilməsi nəzərdə tutulub. Bu çərçivədə isə işlər davam etdirilir. Yol qovşaqlarında işlər bitib, hazırda yanaşma yollarında işlər yerinə yetirilir.

Hacıqabul-Kürdəmir avtomobil yoluna 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsi çərçivəsində bütün işlər Nəqliyyat Nazirliyi və "Azəryolservis" ASC rəhbərliklərinin nəzarəti altında həyata aparılır. Artıq ümumilikdə işlərin icrası 89 faiz təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti