...

Göyçayda ölümlə nəticələnən avtomobil qəzası baş verib

Cəmiyyət Materials 11 Avqust 2015 12:41 (UTC +04:00)
Göyçay rayonunda ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.
Göyçayda ölümlə nəticələnən avtomobil qəzası baş verib

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Elmir Murad/

Göyçay rayonunda ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 10-da gecə saat 01 radələrində Göyçayda müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Validə Əhmədova vurulub.

Nəticədə müxtəlif xəsarətlər alan V.Əhmədova hadisə yerində həlak olub.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti