...

Son bir ayda ƏƏSMN-nin e-xidmətlərindən 200 minə yaxın istifadə qeydə alınıb

Cəmiyyət Materials 11 Avqust 2015 12:44 (UTC +04:00)
Cari ilin iyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlərdən 178492 dəfə istifadə olunub ki, bu da əvvəlki iyun ayı ilə müqayisədə 13,1 faiz çoxdur.
Son bir ayda ƏƏSMN-nin e-xidmətlərindən 200 minə yaxın istifadə qeydə alınıb

Azərbaycan, Bakı, 11 avqust /Trend/

Cari ilin iyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Elektron hökumət" portalı üzərindən təqdim etdiyi elektron xidmətlərdən 178492 dəfə istifadə olunub ki, bu da əvvəlki iyun ayı ilə müqayisədə 13,1 faiz çoxdur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ötən ay əhali ƏƏSMN-nin "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidmətindən 109737 dəfə faydalanıb.

Bu e-xidmət, həmçinin ƏƏSMN-nin "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidməti 47835 ədəd və "İş yerinə dair arayış" e-xidməti 18547 ədəd istifadə sayı ilə yenə də əhalinin "Elektron hökumət" portalı üzərindən ən çox faydalandığı e-xidmətlər sırasında qərarlaşıblar.

"Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidməti 2014-cü ilin ortalarında əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi ilə əlaqədar əmək münasibətlərinin elektron qeydiyyatı məqsədilə əhaliyə təqdim edilib. Yeni sistemin tətbiqi "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi", habelə "İş yerinə dair arayış" e-xidmətlərinin də yaradılmasına imkan yaradıb.

Ümumilikdə cari ilin yanvar-iyul aylarında vətəndaşlar ƏƏSMN-nin bütün elektron xidmətlərindən 1 milyon 272 min 164 dəfə yararlanıb ki, bu da həmin dövrdə "E- hökumət" portalı üzrə ümumi istifadə sayının 17 faizini təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti