...

Turizm İdarəsinin rəisi: Azərbaycan vətəndaşları Tailanda getməyə çox maraq göstərmirlər

Cəmiyyət Materials 19 Avqust 2015 16:30 (UTC +04:00)
“Azərbaycandan Tailanda səfər edənlər o qədər də çox deyil”.
Turizm İdarəsinin rəisi: Azərbaycan vətəndaşları Tailanda getməyə çox maraq göstərmirlər

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir Elmir Murad/

"Azərbaycandan Tailanda səfər edənlər o qədər də çox deyil".

Bunu Trend-ə açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin rəisi Aydın İsmiyev deyib.

A.İsmiyev bildirib ki, Azərbaycan vətəndaşları cənubi-şərqi Asiya ölkələrinə getməyə o qədər də çox maraq göstərmirlər. Qurum rəsmisi Tailandda baş verən terror hadisələri ilə bağlı insanların bu ölkəyə səfərlərlə bağlı tövsiyələrinin olub-olmaması ilə bağlı sualı belə cavablandırıb: "Azərbaycan vətəndaşları çox nadir hallarda Tailanda səfər edirlər. Səfərlərin əksəriyyəti də turizm yox, işgüzar xarakterli olur. Buna görə narahatlığa əsas görmürəm".

Xatırladaq ki, Banqkokun mərkəzində Ratçaprasonq qovşağında baş verən partlayış nəticəsində 21 nəfər həlak olub, 120 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti