...

Azərbaycanda turizmin inkişafı üçün yenilik (FOTO)

Cəmiyyət Materials 2 Sentyabr 2015 16:29 (UTC +04:00)
Azərbaycanda turizmin inkişafı üçün yeni layihəyə başlanılıb.
Azərbaycanda turizmin inkişafı üçün yenilik (FOTO)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Elmir Murad/

Azərbaycanda turizmin inkişafı üçün yeni layihəyə başlanılıb. Bunu Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov deyib.

Onun sözlərinə görə, bundan sonra Azərbaycanın bölgələrinin turizm imkanları və infrastruktur layihələri haqqında məlumatların əhaliyə dolğun şəkildə çatdırılması və maarifləndirilməsi məqsədilə 58 şəhər (rayon) mərkəzi kitabxanasında turizm informasiya guşələri fəaliyyət göstərəcək.

Şöbə müdiri qeyd edib ki, burada kitabxana oxucuları, xüsusən də gənclər və azyaşlılar yaşadıqları şəhər və rayonlardakı turizm imkanları ilə yanaşı, digər bölgələrin turizmi haqqında da əlavə məlumat əldə edə biləcək: "Yaxın günlərdə qeyd olunan turizm informasiya guşələrinin daha da zənginləşdirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycanın və regionların turizm imkanlarını özündə əks etdirən reklam-çap məhsullarının şəhər (rayon) mərkəzi kitabxanalarına paylanması nəzərdə tutulub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti