...

AFFA-nın I vitse Prezidenti qaçqın və məcburi köçkün uşaqlarla görüşüb (FOTO)

Cəmiyyət Materials 7 Sentyabr 2015 11:22 (UTC +04:00)
Ağsu rayonunda respublikamızın müxtəlif rayonlarından qaçqın və məcburi köçkün düşmüş ailələrdən olan uşaqlarla görüş keçirilib.
AFFA-nın I vitse Prezidenti qaçqın və məcburi köçkün uşaqlarla görüşüb (FOTO)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Ağsu rayonunda qaçqın və məcburi köçkün düşmüş ailələrdən olan uşaqlarla görüş keçirilib.

Trend-in məlumatına görə, Azərbaycanda 2002-ci ildən həyata keçirilən "Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsi çərçivəsində baş tutan görüşdə AFFA-nın I vitse Prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev iştirak edib.

Tədbirin keçirilməsində məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək olub. Uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Sonda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.

Bu tədbirin digər bölgələrdə də keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti