...

ASAN Könüllülərinin “Hərəyə 1 kitab bölüşək” layihəsinin final mərhələsi (FOTO)

Cəmiyyət Materials 7 Sentyabr 2015 12:32 (UTC +04:00)
ASAN Könüllülərinin “Hərəyə 1 kitab bölüşək” layihəsinin final mərhələsi keçirilib.
ASAN Könüllülərinin “Hərəyə 1 kitab bölüşək” layihəsinin final mərhələsi (FOTO)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

ASAN Könüllülərinin "Hərəyə 1 kitab bölüşək" layihəsinin final mərhələsi keçirilib.

"ASAN Könüllüləri" Təşkilatı İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Hərəyə bir kitab bölüşək" adlı layihəsinin final mərhələsi baş tutub. ASAN-dan Trend-ə verilən məlumata görə, ümumilikdə müraciət etmiş 346 nəfərdən 15 iştirakçı layihəyə seçilib və onlar arasından 4 nəfər final mərhələsinə keçib. Layihə çərçivəsində iştirakçılar onlara verilmiş müxtəlif kitabların geniş auditoriya qarşısında təqdimatını həyata keçiriblər.

Münsiflər tərəfindən seçilən ən uğurlu təqdimatçı qiymətli hədiyyə, sertifikatla mükafatlandırılıb.

Qeyd edək ki, münsiflər heyətində tanınmış jurnalist, blogger, səyahətçi Azər Qəribov, yazıçı, publisist xanım Rəna Yüzbaşı, ASAN Könüllüləri Təşkilatının sədri Fərid Sadıxlı, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq Əlaqələr şöbəsinin sədr müavini Elçin Hüseynov iştirak ediblər.

1 ay davam etmiş layihədə seçilmiş iştirakçılara "Natiqlik", "Təqdim etmə", "Debat" "Kütlə qarşısında çıxış" mövzularında müxtəlif təlimlər keçirilib.

Layihənin əsas məqsədi gənclərimiz arasında kitab oxumaq vərdişini aşılamaq və kitab mütaliəsinə maraq yaratmaq, gənclər arasında kitab oxumağı həyat tərzinə çevirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti