...

Bakıda ətraf mühitin bərpasına dair beynəlxalq seminar keçirilir (FOTO)

Cəmiyyət Materials 7 Sentyabr 2015 13:13 (UTC +04:00)
Bu gün Bakıda FHN və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) birgə həyata keçirdiyi “Ətraf mühitin bərpası üzrə proqramların dəstəklənməsi” adlı texniki əməkdaşlıq layihəsi çərçivəsində “Bərpa prosesindən sonra ərazilərin bağlanması, uzunmüddətli nəzarəti və texniki xidməti” mövzusunda regional seminar öz işinə başlayıb.
Bakıda ətraf mühitin bərpasına dair beynəlxalq seminar keçirilir (FOTO)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bu gün Bakıda FHN və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) birgə həyata keçirdiyi "Ətraf mühitin bərpası üzrə proqramların dəstəklənməsi" adlı texniki əməkdaşlıq layihəsi çərçivəsində "Bərpa prosesindən sonra ərazilərin bağlanması, uzunmüddətli nəzarəti və texniki xidməti" mövzusunda regional seminar öz işinə başlayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, seminarda Azərbaycan, Böyük Britaniya, Bolqarıstan, Belarus, Qırğızıstan, Ukrayna, Xorvatiya, Estoniya, Gürcüstan, Macarıstan, Qazaxıstan, Latviya, Litva, Rumıniya, Rusiya Federasiyası, Slovakiya, Serbiya, Tacikistan, Özbəkistan və ABEA-dan 70 nümayəndə iştirak edir.

Qonaqları salamlayan fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə bu tədbirin region ölkələrində ətraf mühitin mühafizəsi üçün əhəmiyyətindən bəhs edib.

Seminarda çıxış edən ABEA-nın Texniki Əməkdaşlıq Departamentinin nümayəndəsi Andrey Çupov və Atom Enerjisi Departamentinin bölmə rəhbəri Horst Riçard Monken Fernandes, FHN-nin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüqar Hüseynov bərpa edilmiş obyektlərin bağlanması, uzunmüddətli nəzarəti və texniki xidməti zamanı istifadə olunan ən müasir metodologiyalardan danışıb.

Sonra tədbirdə Neftçala rayonu və Bakı şəhərinin Ramana qəsəbəsində FHN-nin rəhbərliyi və Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin nəzarəti altında uğurla həyata keçirilən neft məhsulları və digər tullantılarla çirklənmiş ərazilərin təmizlənməsi layihələrinin təqdimatı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti