...

Tibb Universitetinin yeni yataqxanası istifadəyə verilib (FOTO)

Cəmiyyət Materials 14 Sentyabr 2015 16:58 (UTC +04:00)
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) xarici tələbələr üçün nəzərdə tutulmuş 5 saylı yataqxanasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Tibb Universitetinin yeni yataqxanası istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir Elmir Murad/

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) xarici tələbələr üçün nəzərdə tutulmuş 5 saylı yataqxanasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, açılışda ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov bildirib ki, yataqxanada xarici tələbələrin rahatlığı üçün hər bir şərait yaradılıb.

Qeyd edək ki, təmirdən yeni çıxmış yataqxanada 273 nəfərin yaşayacağı nəzərdə tutulub. 8 mərtəbəli binanın 2 mərtəbəsində qızlar, qalanlarında oğlanlar yaşayacaq. Burada yataq otaqları ilə yanaşı oxu zalı, tələbələrin yaxınları ilə görüşməsi üçün qonaq otaqları, istirahət guşələri də mövcuddur. Yataqxanada yeməkxana və mətbəx də fəaliyyət göstərir. Otaqlar çarpayı ilə yanaşı soyuducu, yazı masası, zəruri mebel və sanitar qovşağı ilə təmin olunub. Ümumiyyətlə, yataqxananın bütün inventarları tam təzələnib. Sanitar qovşağı, istilik və su sistemləri yenidən quraşdırılıb.

Azərbaycan Tibb Universitetində tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə inşa edilmiş 6 yataqxana binası fəaliyyət göstərir. Onlardan 1 və 6 saylı yataqxanalarda ATU-da təhsil alan oğlan tələbələr, 2 və 3 saylı yataqxanalarda qız tələbələr, 5 saylı yataqxana da isə xarici tələbələr yerləşdirilib. 4 saylı yataqxanada müvəqqəti olaraq məcburi köçkünlər məskunlaşıb. Hazırda ATU-nun 1 saylı yataqxanasında 172 nəfər, 2 saylı yataqxanasında 160 nəfər, 3 saylı yataqxanasında 291 nəfər, 5 saylı yataqxanasında 273 nəfər, 6 saylı yataqxanasında isə 368 nəfər tələbə yaşayır.

Bu artıq ATU-da tam təmir olunub istifadəyə verilən 3-cü yataqxanadır. Rektor Ə.Əmiraslanovun göstərişinə əsasən nöbəti illərdə tələbə yataqxanalarımız ardıcıl olaraq əsaslı təmir olunaraq tələbələrin ixtiyarına veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti