...

“Azərbaycan Dəmir Yolları” QSC: Qadın qatar gələrkən uzanaraq intihar edib

Cəmiyyət Materials 17 Sentyabr 2015 13:43 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti elektrik qatarının adam vurması məsələsinə aydınlıq gətirib.
“Azərbaycan Dəmir Yolları” QSC: Qadın qatar gələrkən uzanaraq intihar edib

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İlkin İzzət/

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti elektrik qatarının qadını vurması məsələsinə aydınlıq gətirib.

ASC-dən Trend-ə daxil olan məlumata görə, 17 sentyabr 2015-ci ildə saat 07.55-də Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarı Baş Keşlə - Bakı yük mənzilinin 2656-cı kilometrindən keçərkən hadisə baş verib.

Bakı şəhəri Keşlə qəsəbə sakini, Aşıq Qərib küçəsi ev 33 ünvanında yaşayan, 1964-cü il təvəllüdlü Qətibə İsmayıl qızı Abdullayeva qatarın çatmasına 15-20 metr qalmış qəfildən dəmir yolu xəttinin üzərinə uzanaraq intihar edib.

İlkin məlumata görə, mərhum Q. Abdullayevanın ruhi xəstə olduğu bildirilir.

Elektrik qatarının müşahidə kamerası ilə hadisə vaxtı qeydə alınan görüntülər hüquq-mühafizə orqanlarına təqdim edilib.

Elektrik qatarı 27 dəqiqə gecikmə ilə Bakı-sərnişin stansiyasına daxıl olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti