...

Azca yağış yağacaq…

Cəmiyyət Materials 25 Sentyabr 2015 12:50 (UTC +04:00)
Azərbaycanın bəzi yerlərində duman olacaq, qısamüddətli yağış yağacaq.
Azca yağış yağacaq…

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın bəzi yerlərində duman olacaq, qısamüddətli yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Bakıda havanın temperaturu gecə 18-20, gündüz 28-30, Abşeron yarımadasında isə gecə 16-20, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 26-da hava, əsasən, yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti