Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Elmir Murad/
Bakının Yasamal rayonunda yerləşən mənzildən külli miqdarda pul oğurlayan şəxs saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, oğurluq hadisəsi Həzi Məmmədova məxsus evdə qeydə alınıb.
Abşeron rayon sakini, 1981-ci il təvəllüdlü Ramin Əzimov mənzilə daxil olaraq orada olan 4000 AZN-i, 1000 ABŞ dollarını və 5000 manat dəyərində qızıl zinyət əşyalarını oğurlayıb.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində R.Əzimov tutulub.