...

Milanda Azərbaycan-İtaliya Universitetlərarası Forumu keçirilir

Cəmiyyət Materials 29 Sentyabr 2015 14:32 (UTC +04:00)
Milanda Azərbaycan-İtaliya Universitetlərarası Forumu öz işinə başlayıb.
Milanda Azərbaycan-İtaliya Universitetlərarası Forumu keçirilir

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir Elmir Murad/

Milanda Azərbaycan-İtaliya Universitetlərarası Forumu öz işinə başlayıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu ilin may-oktyabr aylarında Milanda "Dünya sərgisi" çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın rəsmi pavilyonu təşkil olunub.

Azərbaycan-İtaliya Universitetlərarası Forumunda hər iki ölkənin Təhsil nazirlikləri və ali təhsil müəssisələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti iştirak edir.

Təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə Milanda səfərdə olan Təhsil Nazirliyinin və Azərbaycanın 11 dövlət ali təhsil müəssisəsinin məsul şəxslərindən ibarət nümayəndə heyəti tələbə mobilliyi və ikitərəfli əməkdaşlıq, ikili diplom proqramlarının universitetlərarası əməkdaşlığın gücləndirilməsində rolu və digər vacib mövzular ətrafında fikir mübadiləsi aparacaq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcək.

Forumun məqsədi Azərbaycan və İtaliya ali təhsil müəssisələri arasında mövcud əlaqələrin genişləndirilməsi, yeni təmasların qurulması, aktual mövzuların müzakirəsi, təcrübə mübadiləsinin və birgə proqramların həyata keçirilməsi imkanlarını dəyərləndirməkdən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti