...

Bəzi avtomobil yollarının adlarında dəyişikliklər olunub

Cəmiyyət Materials 5 Oktyabr 2015 10:38 (UTC +04:00)
Nazirlər Kabineti Azərbaycanda bir sıra avtomobil yollarının adlarında dəyişikliklər olunması barədə qərar verib.
Bəzi avtomobil yollarının adlarında dəyişikliklər olunub

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir Elmir Murad/

Nazirlər Kabineti Azərbaycanda bir sıra avtomobil yollarının adlarında dəyişikliklər olunması barədə qərar verib.

Qurumdan Trend-ə verilən məlumata görə, baş nazir Artur Rasi-Zadənin imzaladığı qərara əsasən, Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı"nda dəyişikliklər edilib.

İmzalanan qərara görə, "Ağcabədi rayonu" bölməsinin "Yolun adı" sütununun 15-ci hissəsində "Qiyamadınlı" sözü "Yuxarı Qiyaməddinli", "Astara rayonu" bölməsinin "Yolun adı" sütununun 2-ci hissəsində "Telman" sözü "Çayoba", "Cəlilabad rayonu" bölməsinin "Yolun adı" sütununun 1-ci hissəsində "Təzəkənd" sözü "Çəmənli", 22-ci hissəsində "Kövüzbulaq" sözü "Soyuqbulaq", "Gədəbəy rayonu" bölməsinin "Yolun adı" sütununun 12-ci hissəsində "Yenikənd" sözü "Qızılqaya", 29-cu hissəsində "Arabaçı" sözü "Çiçəkli" sözü ilə əvəz edilib.

Qərara əsasən, həmçinin "Göyçay rayonu" bölməsinin "Yolun adı" sütununun 15-ci və 19-cu hissələrində "Cəyirli" sözü "Şıxlar", "İsmayıllı rayonu" bölməsinin "Yolun adı" sütununun 36-cı hissəsində "Cülyan" sözü "Yuxarı Cülyan", "Kürdəmir rayonu" bölməsinin "Yolun adı" sütununun 44-cü hissəsində "Qarabucaq" sözü "Axtaçı Qarabucaq", "Laçın rayonu" bölməsinin "Yolun adı" sütununun 1-ci hissəsində "Ağbulaq" sözü "Sarıbaba", "Tərtər rayonu" bölməsinin "Yolun adı" sütununun 10-cu hissəsində "Təzəkənd" sözü "Ağkənd" sözü ilə, 16-cı hissəsində "Qapanlı" sözü "Alışarlı" sözü ilə, 18-ci hissəsində "Sarıcalı" sözü "Yuxarlı Sarıcalı" sözləri ilə, 19-cu hissəsində "Qaradağlı" sözü "Yuxarı Qaradağlı", "Ucar rayonu" bölməsinin "Yolun adı" sütununun 6-cı hissəsində "Çiyni" sözü "Yuxarı Çiyni", "Zaqatala rayonu" bölməsinin "Yolun adı" sütununun 22-ci və 23-cü hissələrində "Əli Bayramlı" sözləri "Dağlı" sözü ilə, 25-ci hissəsində "Dombabinə" sözü "Üçüncü Tala" sözləri ilə əvəz olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti