...

ƏƏSMN-nin “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 151 mini ötüb

Cəmiyyət Materials 6 Oktyabr 2015 12:56 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 151 mini ötüb.
ƏƏSMN-nin “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 151 mini ötüb

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "İş yerinə dair arayış" e-xidmətindən istifadə sayı 151 mini ötüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ƏƏSMN-nin"İş yerinə dair arayış" e-xidməti əhalinin getdikcə daha çox müraciət etdiyi və aktuallığı ilə seçilən e-xidmətlərdəndir.

Belə ki, ötən ay bu e-xidmətindən istifadə edənlərin sayı cari ilin yanvar ayı ilə müqayisədə 2,3 dəfə artaraq 22856 nəfər təşkil edib.

Ümumilikdə ötən ilin dekabrında istifadəyə verilən və həmin vaxtdan da əhalinin ən çox istifadə etdiyi e-xidmətlər sırasında yer alan "İş yerinə dair arayış" e-xidmətindən faydalananların sayı cari ilin 01 oktyabr tarixinə 151764-ə çatıb.

"İş yerinə dair arayış"ın əldə edilməsi üçün "Elektron Hökumət" portalında autenfikasiyadan keçərək həmin elektron xidməti seçmək lazımdır. Bundan sonra portal tərəfindən avtomatik olaraq formalaşdırılan iş yerinə dair arayışı elektron şəkildə göndərmək və ya çap edərək aidiyyatı quruma təqdim etmək mümkündür.

E-arayışların həqiqiliyi QR-kod və ştrix-kod ilə təsdiq edilir və onun mövcudluğu portaldakı xüsusi xidmət vasitəsilə yoxlanıla bilər. Bu elektron arayışlarda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, eləcə də işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. məlumatlar əhatə olunur.

"İş yerinə dair arayış" e-xidmətinin istifadəyə verilməsi ölkəmizdə kağız formasında arayışların elektron arayışlarla əvəz olunması prosesinin sürətlənməsinə, vətəndaşların həmin arayışları aidiyyəti müəssisələrin məsul şəxslərinə müraciət etmədən rahat şəkildə əldə etmələrinə şərait yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti