...

Azərbaycanda sonsuzluq daha çox qadınların, yoxsa kişilərin dərdidir?

Cəmiyyət Materials 9 Oktyabr 2015 17:04 (UTC +04:00)
Əvvəllər sonsuzluq daha çox qadınlarda qeydə alınırdısa, hazırda kişilərdə də sözügedən problem aktuallıq təşkil edir.
Azərbaycanda sonsuzluq daha çox qadınların, yoxsa  kişilərin dərdidir?

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir Elmir Murad/

Əvvəllər sonsuzluq daha çox qadınlarda qeydə alınırdısa, hazırda kişilərdə də sözügedən problem aktuallıq təşkil edir. Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən "Sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu" 1-ci Beynəlxalq elmi konfransında çıxış edən millət vəkili Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, bir sıra kənd və rayonlarda qadınlarla görüşü zamanı dəfələrlə bu problemlər barədə onlarla müzakirə aparılıb.

Q.Paşayeva sonsuzluğun müalicəsində müasir texnologiyaların vacibliyini vurğulayaraq qeyd edib ki, Azərbaycana həm də bu sahədə təcrübəli kadrlar lazımdır: "Bir çox hallarda sonsuzluq məsələsini həll etmək üçün xaricə yollanırlar. Xaricdə müalicə isə ailələrə maddi cəhətdən sərf etmir. Çox istərdik ki, müasir texnologiyalarla yanaşı, çox savadlı və bilikli həkimlərimiz də yetişsin. Bunun üçün də mən bu cür konfransları çox vacib sayıram. Belə tədbirlər nə qədər çox keçirilərsə, bu sahədə də xeyli öyrəndiklərimiz, irəliləyiş olar".

"Reproduktiv sağlamlıq haqqında" qanundan danışan millət vəkili bildirib ki, Milli Məclisdə sözügedən məsələ bir neçə dəfə müzakirə olunsa da, qəbul olunmayıb: "Ümid edirəm ki, parlamentin növbəti çağırış iclaslarının ilk günlərində "Reproduktiv sağlamlıq haqqında" qanun müzakirəyə çıxarılacaq və nəhayət, bu qanun qəbul ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti