...

Səbail rayonundakı qanunsuz tikililərlə bağlı aparılan reydlərin nəticələri açıqlanacaq

Cəmiyyət Materials 20 Oktyabr 2015 11:07 (UTC +04:00)
Səbail Rayon İcra Hakimiyyətində rayon ərazisində qeyri-qanuni tikililərin sökülməsi ilə bağlı iclas keçirilir.
Səbail rayonundakı qanunsuz tikililərlə bağlı aparılan reydlərin nəticələri açıqlanacaq

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Elmir Murad/

Səbail Rayon İcra Hakimiyyətində rayon ərazisində qeyri-qanuni tikililərin sökülməsi ilə bağlı iclas keçirilir. Bunu Trend-ə açıqlamasında Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov deyib.

Onun sözlərinə görə, iclasda aparılan reydlər və araşdırmaların nəticəsi müzakirə olunacaq. Araşdırmalardan sonra hazırlanmış sənədlər hüquq-mühafizə orqanlarına göndəriləcək: "Reydlər Badamdar qəsəbəsinin yeni yaşayış massivləri və ona bitişik olan "Döstluq parkı" ərazisində aparılır. Həmin ərazilərdəki tikililərin və mülkiyyət sahiblərinin sənədləri yoxlanılır. Mülk sahibləri dəvət olunur və onların iştirakı ilə əraziyə baxış keçirilir. Bugünkü iclasda da həmin ərazilərdəki reydlərin nəticələri açıqlanacaq. Amma reydlər hələ bir müddət davam edəcək".

Qeyd edək ki, Səbail rayonunda qanunsuz tikilillərin sökülməsi ilə bağlı reydlər oktyabrın 16-da başlayıb. Reydlərin aparılması ilə bağlı işçi qrupu yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti