...

“ASAN Könüllüləri” "Azərbaycan Şən və Hazırcavablar Klubu" ilə birgə əməkdaşlığa start verdi (FOTO)

Cəmiyyət Materials 20 Oktyabr 2015 11:29 (UTC +04:00)
“ASAN Könüllüləri” Təşkilatı İctimai Birliyi və "Azərbaycan Şən və Hazırcavablar Klubu" İctimayi Birliyi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.
“ASAN Könüllüləri” "Azərbaycan Şən və Hazırcavablar Klubu" ilə birgə əməkdaşlığa start verdi (FOTO)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

"ASAN Könüllüləri" təşkilatı ictimai birliyi və "Azərbaycan Şən və Hazırcavablar Klubu" ictimai birliyi arasında birgə əməkdaşlığa dair memorandumu imzalanıb.

İmzalanma mərasimində "ASAN Könüllüləri" Təşkilatının sədri Fərid Sadıxlı çıxış edərək bildirib ki, ASAN könüllülərindən ibarət Şən və Hazırcavablar klubunun yaradılmasında əsas məqsəd könüllülərin asudə vaxtının düzgün təşkili və istedadlı gənclərin aşkarlanmasıdır və inanıram ki bu gənclər beynəlxalq arenada da ölkəmizi layiqincə təmsil edəcəklər.

"İnanıram ki, bu memorandum sayəsində Şən və Hazırcavablar Klublarının da ASAN standartı müəyyən olunacaq" bunu çıxışı zamanı "Azərbaycan Şən və Hazırcavablar Klubu"nun rəhbəri Rəşad Əzizov bildirib.

Həmçinin Rəşad Əzizov Şən və Hazırcavablar Klubları arasında ümumrespublika çempionatında növbəti mərhələlərin vaxtını açıqlayıb. Qeyd edib ki, "ASAN Könüllüləri Kuboku" uğrunda Şən və Hazırcavablar Klubları arasında çempionat 8 noyabrda başlayacaq. 8 Noyabr - Ümumdünya Şən və hazırcavablar günündə start götürəcək çempionatda Azərbaycanda fəaliyyət göstərən ŞHK-lar iştirak edəcək. Çempionatın birinci mərhələsindən uğurla keçəcək komandalar, beynəlxalq komandaların da iştirak edəcəyi ikinci mərhələyə vəsiqə qazanacaq.

Qeyd edək ki, əməkdaşlıq memorandumunun əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində maraqların təmin edilməsi ilə tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlıq yaratmaq və ölkə gənclərində sağlam yumor hissinin formalaşdırılmasını, gənclər arasında yumoristik tənqidi təfəkkürün formlaşmasını təmin etməkir.

İmzalanmış memoranduma əsasən ASAN könüllüləri, AzŞHK tərəfindən təşkil olunacaq yerli və beynəlxalq tədbirlərin təşkilinə cəlb olunacaq. Həmçinin tərəflər, birgə layihələrin, konfransların, seminarların və ölkə ərazisində fəaliyyət göstərən klublar arasındaçempionatların keçirilməsiistiqamətində fəaliyyət göstərəcəklər.

Əməkdaşlıq memorandumu tərəflərdən "ASAN könüllüləri" təşkilatı ictimai birliyinin sədri cənab Fərid Sadıxlı və Azərbaycan Şən və Hazırcavablar Klubun rəhbəri cənab Rəşad Əzizov tərəfindən imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti