...

Xarici jurnalistlər Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olublar (FOTO)

Cəmiyyət Materials 23 Oktyabr 2015 14:38 (UTC +04:00)
Azərbaycanda səfərdə olan xarici jurnalistlərin nümayəndə heyəti səfər çərçivəsində Quba şəhərində olublar.
Xarici jurnalistlər Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olublar (FOTO)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend /

Azərbaycanda səfərdə olan xarici jurnalistlərin nümayəndə heyəti səfər çərçivəsində Quba şəhərində olublar.

Trend-in məlumatına görə, Qubaya səfər zamanı jurnalistlər Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olub, soyqırım haqqında ətraflı məlumatlandırılıblar.

Daha sonra jurnalistlər "Şeş Qəmbər" dağ yəhudilərinin sinaqoqu ilə də tanış olublar. Dağ yəhudiləri dini icmasının sədri qonaqlara geniş məlumat verib.

Bildirilib ki, Bakıdakı dağ yəhudilərinin sinaqoqundan fərqli olaraq buradakı sinaqoqlarda qadınlar üçün ibadət yeri yoxdur. "Qırmızı Qəsəbə"də qadınlar sinaqoqda ibadət etmirlər. Onlar yalnız bayramlarda sinaqoqa gəlirlər. Sinaqoqun nəzdində peşə məktəbi də var. Gənclər könüllü olaraq gəlib yəhudi adətini, dinini öyrənirlər.

Qeyd edək ki, xarici jurnalistlər Azərbaycan Prezidenti yanında Qeyri-Hökmət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və "İrəli" İctimai Birliyi tərəfindən həyata keçirilən "Münaqişə tərəfi Azərbaycan : Həqiqətlər və Reallıq" adlı layihə çərçivəsində ölkəmizdə səfədədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti