Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir Elmir Murad/
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sərnişin qatarlarında xidmət səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bir sıra layihələr həyata keçirilir. Bunu Trend-ə açıqlamasında Qurumun Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.
N.Əzməmmədovun sözlərinə görə, Gürcüstandan Azərbaycana gələn 37 №-li Tbilisi-Bakı sürət qatarına dəmir yolu biletləri əldə etmək istəyən sərnişinlər artıq Bakı sərnişin vağzalındakı 2 №-li bilet kassasına müraciət edə bilərlər: "Sərnişinlər bu günə kimi Bakı-Tbilisi-Bakı sürət qatarına ancaq bir istiqamətə bilet ala bilirdilərsə, hazırda bilet satışı hər iki istiqamətə aparılır".
Xatırladırıq ki, 2013-cü ilin avqust ayının 6-dan etibarən 2 №-li bilet kassasında Rusiya və Ukraynaya hərəkət edən sərnişin qatarlarına və geriyə Azərbaycanda bilet satışı uğurla aparılır.