...

Bu il 1069 nəfər narkomaniyadan məcburi müalicəyə cəlb edilib

Cəmiyyət Materials 26 Oktyabr 2015 18:11 (UTC +04:00)
Ədliyyə Nazirliyi tərəfindən bu ilin 9 ayı ərzində Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 1882 nəfər göndərilib, onlardan 1069 nəfərinə narkomaniyadan məcburi müalicə təyin edilib.
Bu il 1069 nəfər narkomaniyadan məcburi müalicəyə cəlb edilib

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Ədliyyə Nazirliyi tərəfindən bu ilin 9 ayı ərzində Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 1882 nəfər göndərilib, onlardan 1069 nəfərinə narkomaniyadan məcburi müalicə təyin edilib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, narkotik vasitələrin və psixotrop maddələrin stasionarı olan özəl tibb müəssisələrində istifadə olunmasına müvafiq rəy verilməsi məqsədilə Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri həmin müəssisələrə, xəstələrin dövriyyəsinə nəzarət olunan psixotrop dərman preparatlarına olan tələbatını yaxşılaşdırmaq məqsədilə əczaçılıq müəssisələrinə baxış keçirib və bu barədə müvafiq aktlar tərtib ediblər. 2015-ci ilin 9 ayı ərzində 12 özəl tibb müəssisəsinə və 5 aptekə baxış keçirilib, müvafiq aktlar tərtib olunub.

2015-ci ilin 9 ayı ərzində Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 24 925 nəfər keçib. Onlardan 554 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 189 nəfər istifadəçi aşkarlanıb və müvafiq qeydiyyata götürülüb.

2015-ci ilin 9 ayı ərzində 2157 nəfər stasionar müalicəyə qəbul olunub. Onlardan 1016 nəfəri "Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları", 933 nəfəri "Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozları ilə stasionar müalicəyə qəbul edilib.

Qeyd olunub ki, Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzində insan immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsinin yaradılması barədə" 22/I-ŞH saylı 16.07.2011-ci il tarixli əmrinə əsasən 14.07.2011-ci il tarixdən Respublika Narkoloji Mərkəzində insanın immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsi yaradılıb. 2015-ci ilin 9 ayı ərzində müayinədən 1783 nəfər keçib. Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində aparılan işlər və bu bəlaya düçar olmamağın yolları barədə mütəmadi olaraq təbliğat aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti