...

Azərbaycan və İtaliyanın Səhiyyə nazirlikləri arasında yeni sənəd imzalandı

Cəmiyyət Materials 5 Noyabr 2015 13:47 (UTC +04:00)
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə İtaliya Respublikası Səhiyyə Nazirliyi arasında 2016-2018 illər üçün səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair Fəaliyyət Planı imzalanıb.
Azərbaycan və İtaliyanın Səhiyyə nazirlikləri arasında yeni sənəd imzalandı

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi ilə İtaliya Səhiyyə Nazirliyi (SN) arasında 2016-2018 illər üçün səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair Fəaliyyət Planı imzalanıb.

SN-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sənəd səhiyyə naziri Oqtay Şirəliyevin iştirak etdiyi və İtaliyanın Milan şəhərində keçirilən "Sağlamlıq və Qidalanma" konfransda çərçivəsində imzalanıb.

Fəaliyyət Planında infeksion və qeyri- infeksion xəstəliklər, xüsusilə diabet, talassemiya və digər prioritet sahələr üzrə əməkdaşlıq, ümumi, torakal, pediatrik cərrahiyyə, neonatalogiya, intensiv terapiya, anesteziologiya və digər sahələr üzrə təlimlərin keçirilməsi, potensialın artırılması və qabaqcıl təcrübənin tətbiq olunması, nümunəvi tibb mərkəzləri, tədqiqat proqramları və inkişaf layihələri şəbəkələrində birgə iştirak, səhiyyə və tibb elmləri sahəsində əməkdaşlığın qarşılıqlı surətdə razılaşdırılmış digər formaları, səhiyyə statistikası və epidemioloji məlumat mübadiləsinin aparılması məsələləri üzrə əməkdaşlıq etmək nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti