...

"Ölkəmizi tanıyaq" adı altında maarifləndirici tur-aksiyalar davam edir

Cəmiyyət Materials 16 Noyabr 2015 16:04 (UTC +04:00)
2015-ci ilin 16-19 noyabr tarixlərində təşkil olunacaq növbəti tur-aksiyalarda 32 şəhər və rayondan 1280 şagird 4 istiqamət üzrə səfər edəcək.
"Ölkəmizi tanıyaq" adı altında maarifləndirici tur-aksiyalar davam edir

Bakı. Trend:

Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən 74 şəhər və rayondan 3 mərhələdə 7 istiqamət üzrə ümumilikdə 4 minə yaxın şagird "Ölkəmizi tanıyaq" adı altında maarifləndirici tur-aksiyalarda iştirak ediblər.

Trend-in məlumatına görə, aksiya çərçivəsində ölkə gəncləri Naxçıvan, Gəncə, Lənkəran, Lerik, Şəki, Quba, Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbələ, Naftalan, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Tərtər və digər bölgələrdə Azərbaycan xaliqinin qədim tarixi, milli-mədəni irsi ilə tanış olub, həmçinin bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzlərinə, tarix-diyarşünaslıq muzeylərinə, gənclər mərkəzlərinə, Bayraq meydanlarına, rəsm qalereyalarına və s. obyektlərə baxış keçiriblər. Şəhər, rayon icra hakimiyyətləri tərəfindən təşkil olunan bu aksiyalar ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə Azərbaycan Xalqının Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradıb.

2014-cü ilin avqust ayının 1-dən sentyabrın 6-na kimi keçirilmiş tur-aksiyaların birinci mərhələsində 53 şəhər və rayondan 2120 şagird iştirak edib.

2014-cü ilin noyabr ayında keçirilmiş ekskursiyaların ikinci mərhələsində Bakı şəhərinin 12 rayonundan 1035 şagird iştirak edib.

2015-ci ilin mart ayında təşkil edilmiş tur-aksiyaların 3-cü mərhələsində respublikanın 30 şəhər və rayonundan 360 şagird Naxçıvan Muxtar Respublikasına və 360 nəfər isə Naxçıvan Muxtar Respublikasından Azərbaycanın digər bölgələrinə səfərlər ediblər.

2015-ci ilin 16-19 noyabr tarixlərində təşkil olunacaq növbəti tur-aksiyalarda 32 şəhər və rayondan 1280 şagird 4 istiqamət üzrə səfər edəcək. Tur-aksiyalar zamanı Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan şagirdlər Gəncə, Lənkəran, Quba və Şəki şəhərləri, habelə ətraf rayonlarla tanış olacaq.

Tur-aksiyaların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti