...

Bakıda yol təsərrüfatına xeyli ziyan dəydi (FOTO+VİDEO)

Cəmiyyət Materials 26 Noyabr 2015 16:50 (UTC +04:00)
Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 5800 manat ziyan dəyib.
Bakıda yol təsərrüfatına xeyli ziyan dəydi (FOTO+VİDEO)

Bakı. Trend:

Bu gün günorta saatlarında "Bakı dairəvi-1" avtomobil yolunun 9-cu kilometrliyində baş vermiş zəncirvari avtomobil qəzası zamanı yol təsərrüfatına ziyan dəyib.

"Azəryolservis" ASC-nin Mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, "Bakı dairəvi-1" avtomobil yolunun Lökbatan dairəsi istiqamətində hərəkətdə olan "Daewo" markalı "10 TB 307" dövlət nömrə nişanlı Bakı-Qazax reysi üzrə sərnişin daşıyan avtobus yol ayrıcında olan əyri-xətli dəmir tirlərə dəyib.

İlkin ehtimallara görə, sərnişin avtobusunun sürücüsü ara məsafəsinin düzgün seçilməməsi səbəbindən qarşıda olan avtomobillərlə toqquşmanın qarşısını almaq üçün idarə etdiyi nəqliyyat vasitəsini əyri-xətli dəmir tirlərə çırpıb. Nəticədə isə 56 paqon-metr əyri-xətli dəmir tirlər və 1 ədəd yol nişanı sıradan çıxıb.

Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 5800 manat ziyan dəyib. Nəqliyat Nazirliyi "Azəryolservis" ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti