...

Rəşad Məmmədovun apelyasiya şikayəti rədd edildi

Cəmiyyət Materials 18 Dekabr 2015 15:20 (UTC +04:00)
Bu gün Bakı Apelyasiya Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin həbsdə olan sabiq rəisi Rəşad Məmmədovun Səbail Rayon Məhkəməsi tərəfindən barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay müddətinə uzadılmasından verdiyi apelyasiya şikayətinə baxılıb.
Rəşad Məmmədovun apelyasiya şikayəti rədd edildi

Bakı. Samir Məmmədov-Trend:

Bu gün Bakı Apelyasiya Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin həbsdə olan sabiq rəisi Rəşad Məmmədovun Səbail Rayon Məhkəməsi tərəfindən barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay müddətinə uzadılmasından verdiyi apelyasiya şikayətinə baxılıb. Bu barədə Trend-ə R.Məmmədovun vəkili Akif Əlizadə məlumat verib.

Vəkil bildirib ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə araşdırılan şikayət rədd edilib. Hakim birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlayıb.

Qeyd edək ki, R.Məmmədov bu il may ayının 12-də saxlanılıb və onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay müddətinə uzadılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb.

R.Məmmədov hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti