...

Əsaslı təmir olunmuş yolların 800 metrlik uzunölçülü relslərlə əvəz olunması davam edir (FOTO)

Cəmiyyət Materials 24 Dekabr 2015 10:47 (UTC +04:00)
Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsindədir. Əsaslı təmir olunmuş yolların 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəz olunmasını prosesi həyata keçirilir.
Əsaslı təmir olunmuş yolların 800 metrlik uzunölçülü relslərlə əvəz olunması davam edir (FOTO)

Bakı. Trend:

Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsindədir. Əsaslı təmir olunmuş yolların 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəz olunmasını prosesi həyata keçirilir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, uzunölçülü relslərin qaynaqlanması prosesini "Azərbaycan Dəmir Yolları" Qapalı səhmdar Cəmiyyətinin 24 saylı Salyan Rels-Qaynaqlma Qatarı kollektivi həyata keçirir.

Müəssisənin bazasının gücləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilib. 800 metrlik uzunölçülü relslərin (pletlərin) hazırlanması prosesininə 22 fevral 2012-ci ildə start verilib, elə həmin ildə 24 saylı Salyan Rels-Qaynaqlama Qatarında yeni texnoloji xəttin tikintisinə başlanılıb, 30 yanvar 2013-cü ildə istismara verilib.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bağlantısının Gürcüstan hissəsinin tikintisini vg uzunölçülü relslərlə əvəzlənməsini Azərbaycan təşkilatları həyvata keçirir. Ona görə də 24 saylı Salyan Rels-Qaynaqlama Qatarının bazasını daha da genişləndirmək məqsədilə Ukraynanın Kaxovka zavodundan KSM-005 markalı səyyar qaynaq texnikası alınaraq gətirilib, istismara verilib. Bu texnika həm avtomobil, həm də dəmir yolu üzərində hərəkət edə bilir.

Polad magistral boyu rahat və təhlükəsiz hərəkətin təmin olunmasında uzunölçülü relslərin tətbiq olunmasının böyük əhəmiyyəti var. Belə olan halda yola xidmət etmək asanlaşır, lokomotivlərin və vaqonların hərəkəti zamanı bəzi yeyilmə və sürtünmə halları azalır, relslərin ömrü uzanır. Ən əsası isə qatarların hərəkət sürətinin artırılması üçün ən mühüm amillərdən biri məhz əsaslı təmir olunmuş yolların uzunölçülü relslərlə əvəzlənməsidir.
Qeyd edək ki, 24 saylı Salyan Rels-Qaynaqlama Qatarı 1961-ci ildə yaradılıb və uzunölçülü relslərin hazırlanması təmayüllüdür. Uzun illər Zaqafqaziya dəmir yolu üçün strateji əhəmiyyət daşıyıb. İndi müstəqil Azərbaycanın dəmir yolu nəqliyyatı üçün bu şərəfli missiyanı həyata keçirir.

800 metrlik uzunölçülü relslərin hazırlanması prosesininə start veriləndən (22 fevral 2012-ci ildən) bu günə kimi 532 km rels qaynaq edilib, bunun 394,7 km-i Azərbaycan dəmir yolunda, 137,3 km-i (bunun 78,6 km-i KSM-005 markalı səyyar qaynaq texnikası ilə həyata keçirilmişdir) isə Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bağlantısının Gürcüstan hissəsinin tikintisində istifadə olunub.

2015-ci ilin oktyabar ayından Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunacaq. Artıq 28, 4 km əsaslı təmir olunub. Bu yolların da 800 metrlik uzunölçülü relslərlə əvəzlənməsi prosesi həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti