Bakı. Trend:
Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı ilə Praqanın Karl Universitetində "Müstəqilliyə aparan yol: Azərbaycan və Litva" adlı foto sərginin açılış mərasimi keçirilib.
Azərbaycanın Çexiyadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, sərginin açılış mərasimində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, Litvanın bu ölkədəki səfiri və Azərbaycan Tələbə Şəbəkəsinin Çexiya filialının rəhbəri Eldar Vəliyev çıxış edib və sözügedən hadisələrlə bağlı öz xatirələrini bölüşüblər. Səfir F.Şəfiyev 1990-cı ilin 20 yanvar faciəsi haqqında toplantı iştirakçılarına məlumat verib, faciəvi hadiəslərin tarixi haqqnda söhbət açıb.
20 yanvar - 3 fevral 2016-cı il tarixi boyunca davam edəcək sözügedən sərgi qeyd olunan ölkələrin müstəqillik mübarizəsinin yatırılması məqsədilə keçmiş Sovet qoşunlarının bu ölkələrə yeridilməsi və mülki əhaliyə qarşı törədilmiş amansız cinayətlərin işıqlandırılmasından bəhs edir. Sərgidə həmçinin 1990-cı ilin 20 yanvar tarixində Bakıda dinc əhaliyə qarşı törədilmiş qırğını əks etdirən fotolar nümayiş etdirilir.
Sərginin açılış mərasimində yerli icitimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri və tələbələr iştirak edib.