...

Ali Məhkəmə tərəfindən baxılan işlərin sayı açıqlandı

Cəmiyyət Materials 22 Yanvar 2016 15:16 (UTC +04:00)
Ali Məhkəmənin mülki, inzibati-iqtisadi və cinayət kollegiyalarında 2015-ci ildə baxılmış işlərin sayı 2014-cü illə müqayisədə artıb.
Ali Məhkəmə tərəfindən baxılan işlərin sayı açıqlandı

Bakı. Trend:

Ali Məhkəmənin mülki, inzibati-iqtisadi və cinayət kollegiyalarında 2015-ci ildə baxılmış işlərin sayı 2014-cü illə müqayisədə artıb.

Trend-in məlumatına görə, bu barədə yanvarın 22-də Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrliyi ilə keçirilən növbəti plenumda bildirilib.

Qeyd olunub ki, mülki kollegiyada 15,2 faiz, inzibati-iqtisadi kollegiyada 3,7 faiz, cinayət kollegiyasında 1,6 faiz artım müşahidə olunub. Hərbi kollegiyada isə baxılan işlərin sayı 17,2 faiz azalıb.

Ümumiyyətlə, Ali Məhkəmədə 2014-cü ildə 8668 işə baxılmışdısa, 2015-ci ildə bu rəqəm 9404 olub, yəni 8,5 faiz artıb. Baxılan işlərin sayının artmasına baxmayaraq, ləğv olunan məhkəmə qərarlarının sayı 0,4 faiz azalıb.

2015-ci ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılıb. Ali Məhkəmənin plenumunun 2015-ci ildə 5 iclası keçirilib, 12 qərar qəbul edilib.

Plenumda Ali Məhkəmənin 2016-cı ilin birinci yarısına dair iş planı təsdiq olunub. Bundan başqa, plenumda konkret cinayət və mülki işlərə baxılıb. Müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti