...

Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunub (FOTO)

Cəmiyyət Materials 26 Yanvar 2016 11:42 (UTC +04:00)

Bakı. Trend:

Yanvarın 23-də IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə həyata keçirdiyi "Uşaqlar üçün ekoloji laboratoriya" layihəsi çərçivəsində IDEA-nın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində bu ilin ilk laboratoriya təlimi keçirilib.

IDEA-dan Trend-ə verilən məlumata görə, yanvar laboratoriyası qütb dairəsi və onun təbiəti mövzusuna həsr olunmuşdur və buna uyğun olaraq, təlim zamanı "kiçik ekoloqlar"a qar və buz, onların xüsusiyyətləri, buzun və qar dənəciklərinin formalaşması, qütb heyvanları, Antraktidanın coğrafiyası və s. izah olunub.

Təlimin gedişində uşaqlar, həmçinin quru buz, duzlu və şirin su ilə bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak etmiş, müxtəlif materiallardan istifadə etməklə mövzuyla əlaqəli kiçik "sənət əsərləri" hazırlayıblar.

Yanvar laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də qütb təbiəti ilə kiçik yaşlardan tanış olmaları baxımından əlamətdar olub.

Təlimin sonunda IDEA İctimai Birliyi və "Sevimli Bala" təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim edib.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunan "Uşaqlar üçün ekoloji laboratoriya"da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti