...

UNEC professorları Türkiyə universitetlərində (FOTO)

Cəmiyyət Materials 26 Yanvar 2016 14:32
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) on beş professordan ibarət nümayəndə heyəti Türkiyə universitetlərinə ezam olunur.
UNEC professorları Türkiyə universitetlərində (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) on beş professordan ibarət nümayəndə heyəti Türkiyə universitetlərinə ezam olunur.

Trend-in məlumatına görə, səfərin məqsədi Türkiyənin ali təhsil sistemi ilə yaxından tanış olmaq, bakalavr, magistr və doktorantura pilləsində tətbiq edilən yeniliklərlə maraqlanmaqdır. Türkiyənin tanınmış Sakarya Universitetinə və Uludağ Universitetinə ezam olunan professorlar həmkarları ilə təcrübə mübadiləsi aparacaqlar. Universitetlərdə tədris edilən ixtisas fənnləri, sillabuslar, dərslik, test, imtahan və kitabxana sistemi ilə tanış olacaq, dissertasiya müdafiəsinə qatılacaqlar. Türkiyəli həmkarlarının elmi təqdiqatları ilə tanış olan UNEC professorları, birgə elmi məqalələrin, türkdilli ölkələrin iqtisadiyyatına dair kitabın hazırlanmasını da müzakirə edəcəklər.

Türkiyəyə yollanacaq professorlarla görüşdə UNEC rektoru, professor Ədalət Muradov təcrübə mübadiləsinin önəmini vurğulayıb. Professorlarımızın bilik və bacarıqlarına güvənirik, deyən rektor elm adamlarının təcrübə və fikir mübadiləsinə hər zaman ehtiyac duyduğunu qeyd edib. Rektor belə səfərlərin Türkiyə universitetləri ilə məhdudlaşmayacağını bildirib. Gələcəkdə UNEC-in professor-müəllim heyəti türkdilli ölkələrin ali təhsil sistemini öyrənmək üçün bu ölkələrə də ezam olunacaqlar. Eyni zamanda, gələcəkdə türk professorların UNEC-ə cəlb ediləcəyinin nəzərdə tutulduğunu vurğulayıb.

UNEC professorlarının Türkiyə universitetlərinə səfəri yanvarın 31-dən fevralın 5-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti