...

FHN-də hərbi attaşelərlə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 16 Fevral 2016 17:13 (UTC +04:00)
Fevralın 16-da Fövqəladə Hallar Nazirliyində (FHN) Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirliklərinin hərbi attaşeləri ilə görüş keçirilib.
FHN-də hərbi attaşelərlə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Fevralın 16-da Fövqəladə Hallar Nazirliyində (FHN) Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirliklərinin hərbi attaşeləri ilə görüş keçirilib.

Trend nazirliyə istinadən məlumat verir ki, qonaqlar əvvəlcə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı, eyni zamanda Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olmblar.

Sonra nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə hərbi attaşelərə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər, nazirliyin beynəlxalq əməkdaşlığı barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Görüşdə, həmçinin FHN-in fəaliyyətinə həsr olunmuş sənədli film və keçirilmiş irimiqyaslı təlimdən bəhs edən videoçarx nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti