...

Azərbaycanda ali təhsil sisteminin təkmilləşdirilməsinə başlanılır

Cəmiyyət Materials 23 Fevral 2016 17:12 (UTC +04:00)
Təhsil Nazirliyi ali təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi üzrə müsabiqə elan edib.
Azərbaycanda ali təhsil sisteminin təkmilləşdirilməsinə başlanılır

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi ali təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi üzrə müsabiqə elan edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ali təhsil sistemində təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıqda "Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi üçün "Tvinninq" layihəsi"i həyata keçirilir.

Bu layihə çərçivəsində ali təhsil sisteminin yenilənməsi, keyfiyyətin artırılması, müasir və beynəlxalq tələblərə cavab verən standartların müəyyənləşdirilməsi, eyni zamanda bu istiqamətdə islahatların aparılması üçün ekspert qrupunun formalaşdırılması məqsədilə müsabiqə elan edilir.

Müsabiqədə iştirak etmək üçün yalnız hazırda ali təhsil müəssisələrində işləyən şəxslər martın 11-dək müraciət edə bilərlər.

Müsabiqə 2 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına ([email protected]) göndərəcəkləri müraciət forması və CV əsasında seçiləcəklər. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcək. Müsabiqənin nəticələrinə əsasən uğur qazanmış şəxslərin əsasında ictimai əsaslarla fəaliyyət göstərəcək ali təhsil sistemi üzrə ekspert qrupu formalaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti