...

Silahlı Qüvvələrdə Xocalı faciəsinin ildönümü ilə əlaqədar anma mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2016 10:51 (UTC +04:00)
Silahlı Qüvvələrdə Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Silahlı Qüvvələrdə Xocalı faciəsinin ildönümü ilə əlaqədar anma mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Silahlı Qüvvələrdə Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, təsdiq edilmiş tədbirlər planına əsasən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində keçirilən anma mərasimində 1992-ci il fevralın 26-da erməni faşistləri tərəfindən Azərbaycan xalqına, eləcə də insanlığa qarşı törədilmiş ən qəddar və amansız soyqırımı qurbanlarının xatirəsi anılıb.

Çıxış edənlər şəxsi heyətə faciənin əsl mahiyyəti haqqında məlumat verib, xatirələrini bölüşüblər. Natiqlər vurğulayıblar ki, bəşər tarixində vəhşiliyinə görə ən qanlı kütləvi terror hadisəsi olan Xocalı soyqırımı erməni quldurlarının dinc əhaliyə qarşı törətdikləri müdhiş cinayətdir.

Tədbir Müdafiə Nazirliyi Sənədli və Tədris Filmləri Kinostudiyası tərəfindən hazırlanan "Xocalı" filminin nümayişi ilə sona çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti