...

Azərbaycan məktəblisi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının mükafatına layiq görülüb

Cəmiyyət Materials 29 Fevral 2016 15:02 (UTC +04:00)
Azərbaycan məktəblisi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının yaradıcılıq sahəsində mükafatına layiq görülüb.
Azərbaycan məktəblisi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının mükafatına layiq görülüb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan məktəblisi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının yaradıcılıq sahəsində mükafatına layiq görülüb.

Müəllif Hüquqları Agentliyindən Trend-ə verilən məlumata görə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) yaradıcılıq fəaliyyətini stimullaşdırmaq üçün hər il müxtəlif formatlı tədbirlər həyata keçirir.

Belə tədbirlər sırasında ilk dəfə olaraq məktəb şagirdləri kateqoriyası üzrə yaradıcılıq nailiyyətlərinə görə, 2015-ci ildən ÜƏMT Mükafatının verilməsi nəzərdə tutulub. Yeni qaydalara uyğun olaraq, bu müsabiqədə ÜƏMT-nin üzv dövlətlərində yaradıcılıq nailiyyətləri ilə fərqlənən məktəblilər iştirak edə bilərlər.

Ölkəmizin nümayəndəsinin qeyd olunan yaradıcılıq müsabiqəsində iştirakı ilə əlaqədar ötən il bütün zəruri tədbirlər görülüb, bununla əlaqədar Müəllif Hüquqları Agentliyi və Təhsil Nazirliyi tərəfindən ÜƏMT-nin Mükafatlar Proqramının Yeni qaydalarına uyğun olaraq məktəb şagirdləri kateqoriyası üzrə namizədin müəyyən edilməsi üçün seçim turu keçirilib və onun nəticələrinə əsasən Bakı Avropa Liseyinin 7-ci sinif şagirdi Hüseyn Hacıyev qalib hesab edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti