...

Kəmaləddin Heydərov Ağcabədidə vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 15 Mart 2016 14:50 (UTC +04:00)
Kəmaləddin Heydərov Ağcabədi şəhərində vətəndaşları qəbul edəcək.
Kəmaləddin Heydərov Ağcabədidə vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Kəmaləddin Heydərov Ağcabədi şəhərində vətəndaşları qəbul edəcək.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 17 mart 2016-cı il tarixində Ağcabədi şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Qəbulda yalnız Ağcabədi, Beyləqan, Füzuli, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti) 16 mart 2016-cı il tarixində saat 09.00-da başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti