...

Səbaildə yeni məhəllə açılışı və ən böyük paxlava (FOTO)

Cəmiyyət Materials 16 Mart 2016 09:40 (UTC +04:00)
Badamdarda yeni məhəllə açıldı və ən böyük paxlava kəsildi.
Səbaildə yeni məhəllə açılışı və ən böyük paxlava  (FOTO)

Bakı. Trend:

Badamdarda yeni məhəllə açıldı və ən böyük paxlava kəsildi.

Səbail rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən Trend-ə verilən məlumata görə, ölkə başçısı İlham Əliyevin tapşırıqlarına əsasən, Səbail rayonun sürətlə inkişaf edən Badamdar qəsəbəsində həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Tofiq Məmmədov, Göyüş Qarayev və Seymur Məmmədov küçələrinin arasında yerləşən 2000 nəfərə yaxın sakinin yaşadığı 6 çox mənzilli yaşayış binalacının əhatə etdiyi məhəllədə əsaslı təmir işləri başa çatıb.

Məhəllədə yaşayanların RİH-nə müraciəti nəzərə alınaraq həyətdə binaların fasadı təmir olunaraq üzlənmiş, eyvanlar yenidən qurulmuş, binanın blok qapıları dəyişdirilib, binaların giriş hissəsi təmir olunmuş, pilləkənlər yenidən qurularaq bura aqlay döşənib.

Məhəllənin səkilərinə yeni bordyur daşları düzülmüş, sakinlərin istirahəti üçün geniş söhbətgah quraşdırılıb, həyət boyunca yeni oturacaqlar qoyulub.

Məhəllədə əsaslı təmizlik işləri aparılmış, zəbt olunaraq hasarlanmış bağ sahələri, qanunsuz qaraj və digər tikililər sökülüb, burada işıqlandırma məsələləri həll olunub, məhəllə və ətraf ərazilərə yeni asfatl örtüyü çəkilib.

Uşaqlar üçün bir neçə əyləncə qurğuları quraşdırılıb, süni örtüklü mini stadion tikilib, müxtəlif idman qurğuları və böyük şahmat lövhəsi quraşdırılıb.

Məhəllədə təmir işlərinin başa çatdırılması ilə əlaqədar burada rayon rəhbərliyi, təsərrüfat xidmətləri, qəsəbə ağsaqqalları, ictimaiyyəti nümayəndələri və məhəllə sakinlərinin görüşü keçirilib. Səbail Rayon İcarı Hakimiyyətinin başçısı Eldar Əzizov və tədbirdə iştirak edən digər rəsmi şəxsilər həyətdə yaradılan şəraitlə tanış olubar.

Həyətə toplaşan sakinləri və qonaqları ilaxır çərşənbə və Novruz bayramı münasibəti ilə təbrik edən Eldar Əzizov bildirib ki, bu gün Prezident İlham Əliyev tərəfindən Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində müdrik siyasət həyata keçirilir və bu siyasət Səbail rayonunda da uğurla davam etdirilir.

Rayon rəhbərliyi və rayonun hüquq-mühafizə orqanlarının, təsərrüfat xidmətlərinin rəhbərləri sakinlərin istək və arzularını dinləyib, onların həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

Məhəllədə keçirilən şənlikdə Badamdar qəsəbəsində fəaliyyət göstərən "Konferon" MMC tərəfindən xüsusi olaraq təqdim olunmuş Badamdarda ən böyük paxlava kəsilərək sakinlərə və qonaqlara paylanıb. Sakinlər və qonaqlar onlar üçün hazırlanmış çay süfrəsi ətrafına toplaşıblar.

Məhəllədəki şənlik gün ərzində davam edib, bayram tonqalı yandırılmış, incəsənət xadimləri və Badamdar Mədəniyyət evinin özfəaliyyət kollektivi, kosa, keçəl və Bahar qızı, qəsəbə orta məktəblərinin şagirdləri və uşaq bağçalarında tərbiyə alan uşaqlar milli rəqsləri və mahnıları ilə şənliyi daha rəngarəng ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti