...

BakıKart-ların alınması və yüklənməsi artıq MilliÖN terminallarında mümkündür

Cəmiyyət Materials 17 Mart 2016 09:56 (UTC +04:00)
BakıKart-ların alınması və yüklənməsi artıq yeni MilliÖN terminallarında mümkündür.
BakıKart-ların alınması və yüklənməsi artıq MilliÖN terminallarında mümkündür

Bakı. Hüseyn Vəliyev - Trend:

BakıKart-ların alınması və yüklənməsi artıq yeni MilliÖN terminallarında mümkündür. Bunu Trend-ə "Komtec" şirkətindən deyiblər.

Yeni MilliÖN terminalları Bakının 50 avtobus dayanacağında quraşdırılıb. Gələcəkdə avtobus dayanacaqlarında olan terminalların sayı 300-ə çatdırılacaq. Gediş kartı almaq üçün "BakıKart" bölməsini seçmək lazımdır. Kartın qiyməti - 2 manatdır. Terminallarda həm qəpik, həm də əskinaslar ödəmək mümkündür. Lakin terminallarda pulun qalığı qaytarılmır, alınmış kartın geri qaytarılması da nəzərdə tutulmayıb.

BakıKart-ların yüklənməsi üçün teminalın kart-riderindən istifadə etmək lazımdır. Monitorda yüklənmiş və kartın balansındakı məbləğ göstərilir.

Yeni MilliÖN terminallarında həmçinin kommunal xidmətlər, mobil telefon, internet və kabel televiziyaları üçün ödəmələr də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti