...

Deputat: Cinayət törədən, psixi xəstəliyi olan insanların problemi həmişə cəmiyyətin nəzərindədir

Cəmiyyət Materials 29 Mart 2016 13:20 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

"Cinayət törədən, psixi xəstəliyi olan insanların problemi həmişə cəmiyyətin nəzərində olub. Hələ Sovetlər Birliyi dövründə bu sahədə çox sayda problemlər olub. Bəzən dünya ictimiayyəti bu sahədə olan çatışmazlığa ciddi iradlar tuturdu".

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında bildirilib.

Onun sözlərinə görə, sovet dövründə hətta sağlam insanların da psixiatriya müəssisələrinə xəstə kimi yerləşdirildiyi deyilirdi: "O vaxt deyirdilər ki, SSRİ-də xəstə olmayan insanları psixi xəstə kimi psixiatriya müəssisələrinə yerləşdirirlər. Bunu da insan haqlarının kobud şəkildə pozulması kimi qiymətləndirirdilər. Bu məsələdə rəy verən həkim komissiyasının da böyük məsuliyyəti var. Bəzən bilməyərəkdən də səhvlərə yol verə bilərlər. Çünki bəzən psixi xəstəliklə xəstə olmayanlar arasında səddi çəkmək də çətin olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti