...

Litva Azərbaycanlıları Cəmiyyəti təmas xəttindəki hadisələrlə bağlı bəyanat yayıb

Cəmiyyət Materials 4 Aprel 2016 20:12 (UTC +04:00)
Litva Azərbaycanlıları Cəmiyyəti aprelin 2-nə keçən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələrlə bağlı bəyanat yayıb.
Litva Azərbaycanlıları Cəmiyyəti təmas xəttindəki hadisələrlə bağlı bəyanat yayıb

Bakı. Trend:

Litva Azərbaycanlıları Cəmiyyəti aprelin 2-nə keçən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələrlə bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bəyanatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində həyata keçirdiyi hərbi təxribatlar Litvada yaşayan azərbaycanlıların da ciddi narahatlığına səbəb olub. Mülki əhaliyə qarşı həyata keçirilən silahlı hücumu pisləyən Litva Azərbaycanlıları Cəmiyyəti Baltik ölkələrində yaşayan soydaşlarımızın xalqımızın haqq səsini Litva ictimaiyyətinə çatdırmaq üçün əlindən gələni etməyə həmişə hazır olduğunu bəyan edib.

Bəyanatda qeyd olunur: "Azərbaycan diasporunu, xaricdə yaşayan bütün həmvətənləri, eləcə də hər bir azərbaycanlını bu həlledici tarixi mərhələdə öz milli-mənəvi məsuliyyətini dərk etməyə və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirməyə çağırırıq".

Ermənistan ordusunun Azərbaycanla təmas xəttinə hərbi həmlələri zamanı ərazi bütövlüyümüz uğrunda şəhid olmuş hərbi qulluqçuların ailələrinə və yaxınlarına Litva azərbaycanlıları adından dərin hüznlə başsağlığı verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti