...

Azərbaycan əqli mülkiyyət sahəsində milli strategiya reallaşdırır

Cəmiyyət Materials 24 Aprel 2016 10:52 (UTC +04:00)
Azərbaycan əqli mülkiyyət sahəsində milli strategiyanın reallaşdırılmasına başlayıb.
Azərbaycan əqli mülkiyyət sahəsində milli strategiya reallaşdırır

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycan əqli mülkiyyət sahəsində milli strategiyanın reallaşdırılmasına başlayıb.

Bu barədə Trend-ə Müəllif Hüquqları Agentliyindən deyiblər.

Strategiya iki hissədən ibarətdir. Birincisi, müəllif və qonşu hüquqlarla, ikincisi isə sənaye mülkiyyətilə bağlıdır.

Agentlikdən deyiblər ki, strategiyanın birinci hissəsi təsdiq edilib və onun reallaşdırılması üzrə iş aparılır.

Ümumlikdə strategiya ilə 30 məqsədli istiqamət nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti