...

Ulu öndərin anım mərasimi (FOTO)

Cəmiyyət Materials 6 May 2016 13:14 (UTC +04:00)
Heydər Əliyev Sarayında Ümummilli Liderin anım mərasimi keçirilib. Trend-in məlumatına görə, tdbiri giriş sözü ilə Heydər Əliyev Sarayının direktoru, Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev açıb.
Ulu öndərin anım mərasimi (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Sarayında Ümummilli Liderin anım mərasimi keçirilib. Trend-in məlumatına görə, tdbiri giriş sözü ilə Heydər Əliyev Sarayının direktoru, Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev açıb. O, Heydər Əliyevin mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında əvəzsiz xidmətlərindən və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında geniş məlumat verib.

F.Babayev deyib: "Bütün sahələrdə olduğu kimi ədəbiyyat, teatr, kino, musiqi, rəssamlıq və digərlərində inkişaf, tərəqqi Heydər Əliyevin diqqət və qayğısının nəticəsində mümkün olub. Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişə səbəb olub".

F.Babayev çıxışının sonunda, Ulu öndərin öz qurucusu olduğu Heydər Əliyev Sarayına xüsusi sevgisindən, tədbir, konsertlərdə iştirakından, tədbir sonunda səhnə arxasında sənətçilərlə görüşündən danışıb və bu Sarayın adının onun məsuliyyət yükünü daha da artırdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti