...

Komitə sədri: Şəhid qəbirləri ilə bağlı məsələ qərar layihəsinə daxil edilib

Cəmiyyət Materials 10 May 2016 11:24 (UTC +04:00)
Qəbristanlıqlarda şəhid məzarlarının fərqləndirilməsi ilə bağlı məsələ Nazirlər Kabinetinə təqdim edilmiş qəbirsanlıqlar haqqında qərar layihəsinə öz əksini tapıb.
Komitə sədri: Şəhid qəbirləri ilə bağlı məsələ qərar layihəsinə daxil edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Qəbristanlıqlarda şəhid məzarlarının fərqləndirilməsi ilə bağlı məsələ Nazirlər Kabinetinə təqdim edilmiş qəbristanlıqlar haqqında qərar layihəsində öz əksini tapıb. Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, qərar layihəsi Nazirlər Kabinetinə göndərilib.

Onun sözlərinə görə, qərar layihəsinə müəyyən təkliflər və düzəlişlər var: "Hazırda bunun üzərində iş davam edir. Yeni təkliflərə baxılacaq və qərar qəbul edildikdən sonra Azərbaycanda qəbristanlıqlarda vahid sistem təşəkkül tapacaq və dəbdəbədən kənar məzarlıqlar olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti