...

ATU-nun tələbələrinə laboratoriya dərsləri istehsalat müəssisələrində keçilir (FOTO)

Cəmiyyət Materials 16 May 2016 10:16 (UTC +04:00)
Azərbaycan Texnologiya Universitetinin (ATU) Qida və tekstil mühəndisliyi fakültəsinin Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisasında təhsil alan tələbələr Müştəriyə Yönəlmə Proqramı çərçivəsində növbəti laboratoriya dərsini “Gəncə Dəyirman” MMC-də keçib.
ATU-nun tələbələrinə laboratoriya dərsləri istehsalat müəssisələrində keçilir (FOTO)

Bakı. Trend:

Azərbaycan Texnologiya Universitetinin (ATU) Qida və tekstil mühəndisliyi fakültəsinin Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisasında təhsil alan tələbələr Müştəriyə Yönəlmə Proqramı çərçivəsində növbəti laboratoriya dərsini "Gəncə Dəyirman" MMC-də keçib.

Qida məhsullarının və istehlak mallarının texnologyası kafedrasının dosenti Eldəniz Bayramov və laboratoriya müdiri Hekayət Həsənovanın müşayiəti ilə universitetin 14 nəfər tələbəsi üçün qida məhsullarının texnologiyası fənni üzrə "Unda kleykovinanın miqdar və keyfiyyətinin beynəlxalq standart üzrə təyini" mövzusunda laboratoriya dərsi "Gəncə Dəyirman" MMC-nin laboratoriyasında təşkil olunub. Dərs istehsalat müəssisəsinin laboratoriya müdiri və laborant-texnoloqları tərəfindən aparılıb. Diskussiya şəraitində keçirilən dərs zamanı müəssisənin mütəxəssisləri tərəfindən tələbələrə unun standartı, dəyirmana gətirilən buğdanın və ondan üyüdülən unun keyfiyyəti, eləcə də təcrübədə rast gəlinən problemlər haqqında məlumat verilib, müasir cihazların köməyi ilə unda kleykovinanın miqdar və keyfiyyətinin ölüçülməsi əyani olaraq nümayiş etdirilib. Daha sonra müəssisənin istehsal sahələri ilə tanış olan tələbələrə unun istehsal prosesi izah olunub.

"Gəncə Dəyirman" MMC-də aparılan laboratoriya dərsi tələbələrin böyük marağına səbəb olub. Dərsdən mənun qalan gələcəyin mühəndisləri tədrisin keyfiyyətinin artırılması istiqamətində atılan bu cür addımlara görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti