...

"Red Bull" pilotu: Bakı şəhər trasında 350 km/saat sürət yığmaq mümkündür (FOTO)

Cəmiyyət Materials 16 İyun 2016 13:38 (UTC +04:00)
Bakı şəhər trasında saatda 350 kilometrədək sürət yığmaq mümkündür.
"Red Bull" pilotu: Bakı şəhər trasında 350 km/saat sürət yığmaq mümkündür (FOTO)

Trend-i buradan izləyin

Bakı. Maksim Tsurkov - Trend:

Bakı şəhər trasında saatda 350 kilometrədək sürət yığmaq mümkündür.

Trend-in məlumatına görə, bunu Bakıda "Formula 1" Avropa Qran Prisi ərəfəsində keçirilən mətbuat konfransında "Red Bull" komandasının pilotu Daniel Rikkardo deyib.

Onun sözlərinə görə, bu, mövsümdə ən sürətli şəhər trası olacaq.

Pilot qeyd edib ki, komandası mükafat yerləri uğrunda mübarizə aparacaq.

D.Rikkardo əlavə edib ki, tras çox maraqlı və çətindir: "Uzun düz yolun olması bizim üçün çox da yaxşı deyil, lakin döngələrdə mübarizə aparmaq niyyətindəyik".

Bakıda birinci dəfə olduğunu deyən pilot vurğulayıb ki, Azərbaycan barədə ilk dəfə 2012-ci ildə eşidib: "Həmin vaxt burada "Red Bull Racing" yarışları keçirilirdi. Şəhərlə hələ tanış olmamışıq, lakin Bakı gözlədiyimdən də böyük təəssürat yaradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti