...

Nazirlik: Bakı eyni vaxtda 20 minə yaxın qonağı qəbul etməyə hazırdır

Cəmiyyət Materials 16 İyun 2016 16:32 (UTC +04:00)
Hazırda Bakıdakı mehmanxanalarda 15 minə yaxın yataq yeri var.
Nazirlik: Bakı eyni vaxtda 20 minə yaxın qonağı qəbul etməyə hazırdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda Bakıdakı mehmanxanalarda 15 minə yaxın yataq yeri var. Əgər paytaxt ətrafındakı mehmanxanaları və kirayə verilən evləri də nəzərə alsaq, Bakı eyni vaxtda 20 minə yaxın qonağı qəbul edə bilər.

Bunu Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov deyib.

Mədəniyyət müəssisələrinin bu yarışa yüksək səviyyədə hazırlaşdığını deyən V.Şıxəmmədov qeyd edib ki, paytaxtımızın çoxsaylı qonaqlarının mədəni istirahətinin lazımi səviyyədə təşkil edilməsi ilə bağlı bütün məsələlər həll olunub.

Onun sözlərinə görə, bu gün istər turizm, istərsə də mədəniyyət müəssisələri turistləri qəbul etməyə hazırdır.

"Formula 1" yarışlarının paytaxtda keçirilməsinin ölkəmizə turist axınına xidmət edəcəyinə deyən V.Şıxəmmədov qeyd edib ki, mədəniyyət ocaqlarına təşrif buyuracaq turistlərin tamaşalara daha rahat şəkildə baxması üçün repertuarda olan səhnə əsərləri ingilis dilinə tərcümə olunub:

"Qonaqlara dünya dramaturgiyasının ən məşhur nümunələri ilə bərabər, Azərbaycan milli dramaturgiyasından nümunələr də təqdim ediləcək. Paytaxtda fəaliyyət göstərən teatrlar maraqlı repertuar tərtib edib. Beynəlxalq yarış müddətində teatrlar repertuarlarındakı ən məşhur nümunələri təqdim edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti